“Hizbullah” İsraili təhdid etdi: “Raketlərimizin...”

12 Dekabr 2018 14:15 (UTC+04:00)

Bunu İran KİV-ə açıqlamasında "Hizbullah" təşkilatı liderinin köməkçisi Naim Qasım deyib.

O, İsrailin Livana qarşı hücuma keçəcəyi halda, buna ağır cavab verəcəklərini bildirib: “İsraildə "Hizbullah"ın raketlərinin çata bilməyəcəyi nöqtə yoxdur.

Lakin İsrail rəsmilərinin öz aralarında apardıqları müzakirələrdə Livana qarşı əməliyyat məsələsi qoyulmur.

Sadəcə olaraq, "Hizbullah" bizə hücum edərsə..." ehtimalını müzakirə edirlər. Yəni, Livana hücum etməyi yox, Hizbullaha cavab vermək haqda düşünürlər".(teleqraf.com)

© AzNews.az