“Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata başlayır” - Ərdoğan

12 Dekabr 2018 14:49 (UTC+04:00)

Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Mənbic bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var:

"ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı".(trend.az)

© AzNews.az