Uels - Azərbaycan matçı bu stadionda keçiriləcək

12 Dekabr 2018 15:39 (UTC+04:00)

Uels və Azərbaycan milli komandaları arasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin IV tur matçının keçiriləcəyi stadion müəyyənləşib.

Uels Futbol Federasiyası xəbər verir ki, 2019-cu il sentyabrın 6-a nəzərdə tutulan görüş "Kardif Siti" stadionunda baş tutacaq.

Qeyd edək ki, Uels yığması seçmə mərhələdəki bütün oyunlarını bu arenada keçirəcək. Uels ilə Azərbaycan milliləri Macarıstan, Slovakiya və Xorvatiya yığmalarıyla birgə E qrupunda yer alıb.(report.az)

© AzNews.az