Yaxşı arvad pis əri orta səviyyəli insana çevirir, o isə bütün dünyada məşhurlaşır - Çingiz Aytmatov

12 Dekabr 2018 15:39 (UTC+04:00)

Bu gün Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun 90 yaşı tamam olur. O, 1928-ci ildə Qırğızıstanın Şəkər kəndində anadan olub. Qırğız və rus dillərində yazan böyük yazıçı 2008-ci il iyun ayının 10-da Almaniyanın Nürnberq şəhərində vəfat edib.

Onun atası Torekul Aytmatov görkəmli dövlət xadimi olub və 1937-ci ildə həbs olunduqdan bir il sonra güllələnib. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa kimi çalışıb.

Aytmatovun realist prozası humanizm ideyaları ilə zəngindir və hər bir insanda canlı təbiətə qarşı böyük sevgi yaradır. O, hələ öz sağlığında oxunan yazıçı olub. Əsərləri 150 dilə tərcümə edilib. Qazaxıstan və Qırğızıstanın xalq yazıçısı olan Aytmatov bir çox mükafatların laureatıdır.

TengriMIX nəşri onun yazdığı hikmətli sözləri oxucuları ilə bölüşüb.

AzNews.az həmin sözlərin bir qismini sizə təqdim edir.

Babək Göyüş

© AzNews.az