Suriyada partlayış - 1 ölü, 20 yaralı var

12 Dekabr 2018 15:49 (UTC+04:00)

Suriyanın Azez bölgəsində bomba dolu maşın partlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azez şəhər meydanında günorta saatlarında bomba dolu maşın partladılıb. PKK/YPG terror qruplaşması tərəfindən təşkil olunduğu deyilən partlayışda ilkin məlumatlara görə 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Vəziyyəti ağır olanlar Azezdəki xəstəxanalardan Kilisə göndərilib.

Yerli qaynaqlar partlayış zamanı 12 yaşlı bir qız uşağının öldüyünü açıqlayıb.

Pərvanə Ağazadə

AzNews.az