“Qara siyahı“dakı Azərbaycan vətəndaşı Bakı ermənisidir - FAKT
13 Aprel 2013 09:29 (UTC+04:00)
ABŞ prezidenti Barak Obamanın sanksiya təyin etdiyi rusiyalı məmurlar içərisində Azərbaycan vətəndaşı kimi təqdim olunan Artyom Kuznetsov əslində Bakıda anadan olan ermənidir. Modern.az araşdırmalardan sonra müəyyən edib ki, Artyom Kuznetsovun atasının adı Konstantin Şaverdyandır.
Hazırda Rusiya Daxili İşlər Nazirliyində İqtisadi təhlükəsizlik departamentinin rəisi olan podpolkovnik A.Kuznetsov 1975-ci ildə Bakıda anadan olub. Onun adı 2008-ci ildə döyülərək öldürülən rusiyalı vəkil Maqnitskinin işində keçir.
Xatırladaq ki, Maqnitski bir sıra rusiyalı məmurların ofşor zonalar vasitəsi ilə külli müqdarda dövlət vəsaitini mənimsəməsinin üstünü aça bilib.
A. Kuznetsovun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən həbs olunan Maqnitski 11 aydan sonra həbsxanada müəmmalı şəkildə vəfat edib. Rusiyanın hüquq müdafiəsi təşklatları Maqnitsinin döyülərək öldürüldüyünü bəyan edib. ABŞ buna ciddi reaksiya verib və Maqnitskinin ölümündə əli olan məmurların siyahısını açıqlayacağını bəyan edib. Bu isə rəsmi Kremlin qəzəbinə səbəb olub.
Maraqlıdır ki, Maqnitskinin ölümündə adı hallanan A. Kuznetsovun hadisədən sonra rütbəsi artırılıb. Rusiyalı hüquq müdafiəçiləri Artyom Kuznetsovun qeyri-qanuni yolla yiyələndiyi mülklərini və sərvətinin hesablarını internetdə sənətlərlə açıqlayıblar.
AzNews.az