Jerard Pikenin almaq istədiyi klubun adı müəyyənləşdi

12 Dekabr 2018 20:09 (UTC+04:00)

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerard Pikenin almaq istədiyi klub müəyyənləşib.

31 yaşlı müdafiəçi İspaniya V divizionunda çıxış edən "Andorra" klubunu almağa çox yaxındır.

Təcrübəli oyunçu klubun sahibi olduğu "Cosmos" investisiya şirkətinin vasitəsilə özəlləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Jerard Pike daha öncə klub almaq və yeni turnir yaratmaq istədiyini bildirib. O, 2008-ci ildən "Barselona"da çıxış edir. (report)

AzNews.az