Türkiyə Suriya ilə sərhədə qoşun yeridir

12 Dekabr 2018 20:48 (UTC+04:00)

Türkiyə Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələri göndərib.

Hazırda Türkiyə ordusunun hərbi texnikası Hatay vilayəti istiqamətində irəliləyir.

Bildirilir ki, texnika və xüsusi təyinatlı dəstələr sərhəd-keçid məntəqələrində yerləşdiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun yaxın günlərdə Suriya şimalında PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyata başlayacağını deyib. (oxu.az)

AzNews.az