Fransa çempionatında daha iki oyun etirazlara görə təxirə salındı

12 Dekabr 2018 21:07 (UTC+04:00)

Futbol üzrə Fransa çempionatında daha iki oyun təxirə salınıb.

Çempionatın 18-ci turunda keçirilməsi planlaşdırılan "Nitsa" - Sent-Etyen" və "Nant" - Monpelye" əvvəlcədən təyin olunan vaxtda oynanılmayacaq.

Buna ölkədə yanacağın bahalaşmasına etiraz olaraq davam edən aksiyalar səbəb olub. Oyunların polisin tələbi ilə təxirə salındığı bildirilir.

Qeyd edək ki, Fransada etirazlara görə bir neçə oyun təxirə salınıb.

AzNews.az