Trampın keçmiş vəkilinə 3 il həbs cəzası verildi

12 Dekabr 2018 21:44 (UTC+04:00)

Nyu-York məhkəməsi ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koeni 3 illik həbsə məhkum edib.

Koen ona qarşı irəli sürülmüş maliyyə saxtakarlıığı, vergidən yayınma, seçkiqabağı kampaniyanın pozulması, Amerikanın maliyyə təşkilatlarına yalan məlumatların ötürülməsi ittihamlarını qəbul edib.

AzNews.az