Azərbaycanda daha bir avtobus sürücüsü döyüldü

12 Dekabr 2018 23:15 (UTC+04:00)

Mingəçevir şəhərinin M.Maqomayev prospektində döyülmə hadisəsi baş verib.

12 saylı şəhərdaxili marşrut avtobusun 1984-cü il təvəllüdlü sürücüsü Əşrəfov Ruslan Hasil oğlu sərnişinlə mübahisə edib və bu zaman onun tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az