“Liverpul”da ciddi itki

12 Dekabr 2018 23:42 (UTC+04:00)

“Liverpul”un futbolçusu Joel Matip əməliyyat olunacaq.

Buna səbəb 27 yaşlı müdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Napoli” ilə matçda (1:0) körpücük sümüyünü sındırmasıdır.

Kamerunlu oyunçunun təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, J.Matip 2016-cı ildən “Liverpul”da oynayır.

AzNews.az