ABŞ qırıcısı qəzaya düşdü

13 Dekabr 2018 09:01 (UTC+04:00)

"Sentry Aloha" hərbi təlimində iştirak edən ABŞ-ın "Hawker Hunter" qırıcı təyyarəsi Havaya ştatının Qonolulu aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqədən sonra Oaxu adasının yaxınlığında suya düşüb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı ABC telekanalı yayıb.

Mənbə bildirir ki, 47 yaşlı pilot xilas olmağı bacarıb. Hazırda onun ağır vəziyyətdə xəstəxanada olduğu deyilir.

Babək Göyüş

© AzNews.az