Xətai rayonunda 40 minlik cinayət - Saxlanılan var

13 Dekabr 2018 09:39 (UTC+04:00)

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 14-də yerləşən mənzildən 40 minlik oğurluq qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, Eldar Məlikov adlı şəxs 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ailə üzvləri ilə evdə olmadığı müddətdə yaşadığı mənzildən 40 min manatlıq qızıl oğurlanıb. Daxil olmuş məlumat əsasında dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və Vasif Musayev adlı şəxs tutularaq istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177 (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az