Ödəmə aparatı sındırıldı, xeyli pul oğurlandı

13 Dekabr 2018 09:59 (UTC+04:00)

Yasamal rayonunda yerləşən mağazada oğurluq cinayət qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, Azad Ağayevə məxsus mağazada yerləşən MilliÖn ödəmə aparatının qapısı sındırılaraq içərisində olan 700 manat pul oğurlanıb. Baş vermiş cinayət barədə ilk olaraq elə mağaza sahibinin özü xəbər tutub və dərhal polisə məlumat verib.

Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin axtarışlarına başlayıb, müşahidə kameralarına baxış keçirilib, şahidlər dindirilib.

Faktla əlaqədar Yasamal RPİ-də cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az