Məşhur aktyor xəstəxanaya yerləşdirildi - Son dəqiqə

13 Dekabr 2018 09:59 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Cihan Ünal bağırsağında yaranan problemə görə Kibrısa gedib və orda xəstəxanaya yerləşdirilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun Kıbrısa xəstəliyinin eşidilməməsi üçün getdiyi deyilir.

Rol aldığı "Kafalar Karışık" filminin ötən həftə keçirilən qalasına qatılmayan usta aktyor qusma əlamətinə görə xəstəxanaya aparılıb.

Daha əvvəl də bənzər bir narahatlıq yaşayan Ünal İstanbulda həkimlərə müraciət etmişdi.

72 yaşlı aktyor hazırda həkimin nəzarətində saxlanılır.

Babək Göyüş

© AzNews.az