Şəmistan Əlizamanlı yenidən məşhur serialda - VİDEO

13 Dekabr 2018 10:45 (UTC+04:00)

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor Şəmistan Əlizamanlı Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur “Diriliş Ərtoğrul” serialında yenidən rol alıb.

O, reytinqli ekran işinin 127-ci bölümündə tamaşaçı qarşısına çıxıb. İfaçı layihədə Əroğrul bəyin obasında ikinci dəfə ozan obrazını canlandırıb.

Şəmistan Əlizamanlı məclisdə “Zafer Bismillah” mahnısını səsləndirib.

Qeyd edək ki, diktor-müğənni noyabrın əvvəlində də sözügedən serialda rol almışdı.(qafqazinfo.az)

© AzNews.az