15 yaşlı qız qaçırıldı

13 Dekabr 2018 10:54 (UTC+04:00)

Hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.(report.az)

© AzNews.az