Bakıda 20 min manatlıq qızıl oğurlandı

13 Dekabr 2018 10:55 (UTC+04:00)

Hadisə Binəqədi rayonu, Fərman Məlikov küçəsində baş verib.

AzNews.az-ın məlumatına görə, Ceyhun Məmmədov 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, mənzilindən 20 min manatlıq qızıl oğurlanıb. Daxil olan ərizədən dərhal sonra istintaq qrupu hadisə yerinə gəlib və ilkin əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Mənzildən əl-barmaq izləri götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Azər
AzNews.az