Melaniya Tramp əri haqqında danışdı

13 Dekabr 2018 11:00 (UTC+04:00)

Bu haqda FOX məlumat yayıb.

“Mən nəyin nə yerdə olduğunu yaxşı bilirəm. Hər şeyi izləyirəm. Ərimə səmimi tövsiyələr verirəm, öz fikrimi ifadə edirəm. Bəzən mənə qulaq asır, bəzən də yox”, - deyə Melaniya FOX telekanalına verdiyi müsahibədə söyləyib.

Xanım Trampın sözlərinə görə, tövsiyələrinə rəğmən, “son sözü” əri deyir.

“Sonda o özü qərar qəbul edir, uşaq deyil, seçimlərinin nə ilə nəticələnəcəyini bilir. Ancaq o döyüşçüdür. Hər gün ABŞ və amerikan xalqı naminə mübarizə aparır”, - deyə amerikalı birinci xanım vurğulayıb.

Melaniya həyat yoldaşının növbəti prezident seçkilərində qalib gələcəyinə əminliyini ifadə edib. Birinci xanım prezident ailəsi haqqında şayiələr yayan jurnalist, komik və fürsətçiləri məzəmmət edib.(oxu.az)

© AzNews.az