Çağla Şikel boşandığı əri ilə istirahətə gedəcək

13 Dekabr 2018 11:21 (UTC+04:00)

Türkiyənin məşhur modeli Çağla Şikel və keçmiş əri, müğənni Emre Altuğla istirahətə gedəcək.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur model Çağla Şikel dünən alış-veriş mərkəzlərinin birində kameralara yaxalanıb. Model müxbirlərin suallarına cavab verərkən bu yeni il haqqında planlarından danışıb: “Bu yeni ili oğullarım, anam, bacım və mən Kapadokiyada qarşılayacağıq. Bu tətilin bizə yaxşı gələcəyindən əminəm. Uşaqların atası da bizlə tətildə olacaq”.

Qeyd edək ki, Çağla Şikel və Emre Altuğ cütlüyü 7 illik evliliklərini 2015-ci ildə sonlandırıb. Onların bu evlilikdən iki oğulları var.

Nigar CƏFƏR

AzNews.az