Dövlət sərhədində monitorinq keçirildi

13 Dekabr 2018 12:54 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 13-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində monitorinq keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

© AzNews.az