Milyarder axtarışa verildi

13 Dekabr 2018 13:41 (UTC+04:00)

O, Hindistanın Pəncab Milli Bankından 2 milyard dollar pulu mənimsəməkdə ittiham edilib. Çoksi ilə bərabər onun qohumu Nirav Modi də beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Çoksinin bankın 2 milyard dollar pulunu mənimsəməsi 2017-ci ilin sonunda üzə çıxıb. Bu ilin yanvarında isə o, yaxın qohumları ilə birgə Hindistandan qaçıb.

Hələlik Çoksinin harada gizləndiyi müəyyən edilməyib.(axar.az)

© AzNews.az