Bu halda xəstəxanaya gətirildi - İnanılmaz qəza

13 Dekabr 2018 13:51 (UTC+04:00)

Zavodda çalışan işçinin bədəninə dəmir çubuqlar girib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Çində yerləşən qab emalı zavodlarının birində qəza baş verib. İş zamanı yaranan nasazlıq səbəbi ilə aparatdan çıxan 10 çubuq 49 yaşlı işçinin bədəninə girib.

İşçi xəstəxanaya gətirilib, 10 həkimin qatıldığı əməliyyat uğurla nəticələnib.

Həkimlər xəstənin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Nigar CƏFƏR

AzNews.az