“Azərbaycanla vizanın ləğvi...” - Aİ rəsmisi

13 Dekabr 2018 16:17 (UTC+04:00)

Bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycan vətəndaşları üçün vizaların ləğv edilməsi perspektivlərini şərh edərkən bildirib.

"Sentyabr ayının ortalarında Avropa İttifaqı və Azərbaycan Brüsseldə viza və readmissiya üzrə komitələrin iclaslarını keçiriblər. Görüşlərdə irəliləyiş qeydə alınıb, viza liberalizasiyası üzrə dialoqa başlamaq üçün addım atmışıq", - səfir deyib.(report.az)

© AzNews.az