Tamerlan Qarayevlə bağlı SƏRƏNCAM

13 Dekabr 2018 18:57 (UTC+04:00)

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə müvafiq sərəncamı dekabrın 13-də prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

AzNews.az