Bakıda 32 yaşlı kişi itkin düşdü

13 Dekabr 2018 19:46 (UTC+04:00)

Bakı sakini naməlum şəraitdə itkin düşüb.

Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, 11-ci Xreptovı küçəsi, ev 17-də yaşayan, 1986-cı il təvəllüdlü Qarayev Rəşad Eldar oğlu A.Şaiq küçəsi 205 saylı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə polisə onun ailə yaxınları məlumat verib.

Faktla bağlı araşdırmalar aparılır. (oxu.az)

AzNews.az