Avropa İttifaqı Rusiya ilə bağlı qərar qəbul etdi

13 Dekabr 2018 22:18 (UTC+04:00)

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyinə uzadıb.

AzNews.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk "Twitter"də yazıb.

"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.

Bundan əvvəl isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməyəcəyi bildirilmişdi.

AzNews.az