Gəncədə piyadanı maşın vurdu

13 Dekabr 2018 22:43 (UTC+04:00)

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən restoranlardan birinin qarşısında yolu qarşı tərəfə keçmək istəyən Oruc Tağıyevi avtomobil vurub.

Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az