Nusret 23 il əvvəlki şəkli ilə təəccübləndirdi - FOTO

14 Dekabr 2018 10:44 (UTC+04:00)

Saltbae hərəkəti ilə dünyada məşhurlaşan Nusret Gökçe 23 il əvvəlki şəklini paylaşıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nusret Gökçe 12 yaşında çəkdirdiyi şəkli İnstagram hesabında paylaşıb. Onun əynində olan qəssab geyimi izləyicilərin diqqətini çəkib.

Qeyd edək ki, Nusret Gökçe “NusrEt” restoranlar şəbəkəsinin sahibidir. Onun hal-hazırda İnstagramda 13 milyon izləyicisi var.

Nigar CƏFƏR

AzNews.az