Ermənistan Müdafiə Nazirliyinin maşını adam vurdu

14 Dekabr 2018 11:16 (UTC+04:00)

Hadisə dekabrın 14-də paytaxt Yerevanda baş verib.

Belə ki, Müdafiə Nazirliyinə məxsus avtomobil qadını vurub, qarşıdan gələn “Range Rover” markalı maşın isə onun üstündən keçib. Nəticədə qadın ölüb. “Range Rover”in sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. “Range Rover”in sürücüsünün tutulması üçün axtarış-əməliyyat tədbiri keçirilir.(report.az)

© AzNews.az