Tramp bu il Ağ Evdə jurnalistləri qəbul etməyəcək

14 Dekabr 2018 11:48 (UTC+04:00)

Məlumatı “Fox” televiziyası yayıb.

“Bu il qrafikə mətbuat üçün yeni il ziyafəti daxil edilməyib. Ancaq Ağ Evə bayramqabağı ekskursiya etmək istəyən jurnalistlər və ailə üzvlərinin təklifi reallaşdırılacaq”, - Ağ Evdən bildirilib.

Ötən il Donald Tramp xanımı Melana Trampla birlikdə jurnalistləri qəbul etsə də, qonaqlarla birlikdə şəkil çəkdirmək istəməmişdi.

Qeyd edək ki, KİV nümayəndələrinin yeni il qabağı Ağ Evdə qəbulu ənənəsini ABŞ-ın 30-cu prezidenti Kalvin Kulica qoyub. O, 1923-1929-cu illərdə ABŞ-ın prezidenti olub.(report.az)

© AzNews.az