ABŞ-ın yeni qorxunc silahı

14 Dekabr 2018 11:54 (UTC+04:00)

2022-ci ildən etibarən ABŞ ordusunun arsenalına tank gücündə atəş açmaq imkanına sahib NGSAR markalı tüfəng daxil olacaq.

Məlumata görə, 6,8 millimetrlik tüfəng istənilən hava şəraitində və hər cür ərazidə istifadə oluna bilər. ABŞ ordusunun arsenalındakı M16 və M249 modelli silahlar məhz NGSAR modellə əvəz olunacaq.

ABŞ ordusunun Baş Qərargah rəisi, general Mark Milley deyib ki, hədəfi təsbit etmək sisteminə malik NGSAR indiyə qədərki silahların ən keyfiyyətlisi olmağa imkan verib.(teleqraf.com)

© AzNews.az