Boş verin, pis olan mən olum - Şeyma Subaşı

14 Dekabr 2018 12:17 (UTC+04:00)

Acun Ilıcalı ilə boşandıqdan sonra tətil üçün ABŞ-a gedən Şeyma Subaşı geri qayıdıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-dan qayıdan Şeyma Subaşı ilk olaraq öz restoranına yollanıb.

İşçiləri ilə iclas keçirən Şeyma yarım saat sonra restorandan çıxıb.

Çıxışda müxbirlərin “Boşandıqdan sonra hədəf siz oldunuz, buna fikriniz necədir?” sualına o, “Bəli, boşandıqdan sonra hədəf mən oldum. Tək mənim haqqımda yazdılar, pozdular. Eybi yox, qoyun pis olan mən olum” cavabını verib.

Qeyd edək ki, Acun Ilıcalı və Şeyma Subaşı 2009-cu ildə “Var mısın yok musun?” yarışmasında tanış olub. Onların 2014-cu ildə Melisa adlı qızları dünyaya gəlib. Cütlük 2017-ci ilin sentyabr ayında evlənib, ötən həftə boşanıb.

Nigar CƏFƏR

AzNews.az