Seul və Vaşinqton niyə razılığa gələ bilmir?

14 Dekabr 2018 12:22 (UTC+04:00)

Koreya Respublikası və ABŞ Koreya yarımadasının cənubundakı Amerika hərbi kontingentinin saxlanması xərclərinin bölünməsi barədə danışıqların 10-cu raundunda da kompromisə nail ola bilməyiblər.

Bunu Cənubi Koreya hökumətinin nümayəndəsi bildirib.

Cənubi Koreyadakı 28,5 minlik amerikalı hərbçinin maliyyələşməsinə dair beş illik sazişin müddəti dekabrın 31-də sona çatır. Hazırda Seul administrasiyasının bu məqsədlər üçün illik xərci 960 milyard von (860 milyon dollar) təşkil edir. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyadan Amerika hərbi kontingentinin maliyyələşməsini iki dəfə artırmağı tələb edib ki, bu da Seulun kəskin etirazına səbəb olub.(AZƏRTAC)

© AzNews.az