ABŞ-Meksika sərhədində immiqrant qız uşağı öldü

14 Dekabr 2018 12:25 (UTC+04:00)

Keçən həftə atasıyla ABŞ tərəfinə qanunsuz keçmək istəyən 7 yaşlı qız uşağının ölüm səbəbi açıqlanıb.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, uşaq Meksika-ABŞ sərhədində həyatını itirib.

Məlumata görə, onlar saxlanıldıqdan bir neçə saat sonra qız ölüb. Uşağın ölümünə səbəb susuzluqdan yaranan ani ürək dayanması olub.

Assoşieyted Press Agentliyinin xəbərinə görə də uşaq bir neçə gün ac və susuz qalıb.

ABŞ rəhbərliyi qızın ölümü ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ-ın sərhəd mühafizəçiləri keçən ay sərhədi keçmək istəyən aralarında uşaqların olduğu immiqrantlara gözyaşardıcı qazla müdaxilə etmişdilər.

AzNews.az

Əsmər Qabil