Usubov işdən çıxardığı daha bir rəisə yenidən vəzifə verdi

14 Dekabr 2018 14:26 (UTC+04:00)

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Anar Hüseynov Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) cinayət axtarış bölməsinin rəisi olub. Bir müddət öncə o, sözügedən vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.(unikal.org)

© AzNews.az