“Minsk qrupu Qarabağın həlli üçün heç nə etməyib və etməyəcək” - Lukaşenko

14 Dekabr 2018 15:21 (UTC+04:00)

Beynəlxalq vasitəçilər ötən illər ərzində situasiyanın real həlli üçün heç nə etməyiblər.

Bu sözləri prezident Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərlə görüşü zamanı deyib.

“Nə qədər iki prezident (Azərbaycan və Ermənistan liderləri – red.) əyləşib “gəlin, bu problemi insanların maraqları üçün həll edək” deməsə, Minsk qrupu bu onilliklər ərzində heç bir iş görməyib və görməyəcək də".(qafqazinfo.az)

© AzNews.az