Rusiya maye qaz idxal edəcək - Son 10 ildə ilk dəfə

14 Dekabr 2018 15:43 (UTC+04:00)

"Bloomberg" xəbər verir ki, hazırda yüklü gəmi Sinqapurdan Kalininqrada gəlir.

Real zamanda gəmi izləmə xidməti olan "MarineTraffic"in məlumatına görə, "Qazprom"a məxsus "Marşal Vasilevski" üzən yenidənqazlaşdırma qurğusu dekabrın 15-də Kalininqrad limanına çatmalıdır. Reys, təxminən, bir ay davam edib.(report.az)

© AzNews.az