“Ferrari” yeni bolidini təqdim edəcək

14 Dekabr 2018 16:27 (UTC+04:00)

Bu barədə komandanın rəhbəri Mauritsio Arrivabene “Motosport”a bildirib. Onun sözlərinə görə, mator sınaqdan keçirilib və bolidin detalları istehsal ərəfəsindədir. Bolid 2019-cu il fevralın 15-də təqdim olunacaq.

2019-cu il mövsümünün test yürüşləri 18 – 21 fevral və 26 fevral – 1 mart tarixlərində İspaniyanın “Barselona” şəhərində keçiriləcək.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.(report.az)

© AzNews.az