Avstraliyalı üzgüçüdən yeni dünya rekordu

14 Dekabr 2018 17:08 (UTC+04:00)

Avstraliyalı üzgüçü Ariarne Titmus 400 metr məsafəyə sərbəst üsulla yarışda yeni dünya rekordu müəyyənləşdirib.

18 yaşlı idmançı Çinin Xançjou şəhərində keçirilən dünya çempionatında 3 dəqiqə 53,92 saniyə göstərici ilə qızıl medal qazanmaqla buna nail olub.

Qeyd edək ki, əvvəlki rekord çinli Van Tszyantszyaxeaya məxsusu idi – 3 dəqiqə 53,97 saniyə.(report.az)

© AzNews.az