Sumqayıtda aptek külə döndü

14 Dekabr 2018 21:08 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² olan tikilinin (aptek kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 40 m² sahədə və lambirdən ibarət tavanı 90 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az