UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi

14 Dekabr 2018 21:19 (UTC+04:00)

UEFA Ermənistan Futbol Federasiyasını 18 min avro məbləğində cərimələyib.

Buna Ermənistan yığmasının azarkeşlərinin UEFA Millətlər Liqasının III turunda evdə Cəbəllütariqlə matçda etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər.

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub. (report)

AzNews.az