Dünya ulduzu Bakıda - FOTOLAR

14 Dekabr 2018 21:35 (UTC+04:00)

“Rammstein” qrupunun solisti, məşhur rok ifaçısı Till Lindemann Bakıya gəlib.

Dünya ulduzunun Bakıda çəkilmiş fotoları artıq sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, Lindemann dekabrın 15-də Bakı Kitab Mərkəzində pərəstişkarları ilə görüşəcək, orada avtoqraf sessiya keçiriləcək.

Xatırladaq ki, rok ifaçısı sonuncu dəfə ötən il Bakıya gələrək “Jara” musiqi festivalında iştirak edib. (qafqazinfo)

AzNews.az