Argentina prezidenti Braziliya dövlət başçısının inauqurasiyasına getməyəcək

15 Dekabr 2018 09:41 (UTC+04:00)

Argentina prezidenti Maurisio Makri Braziliyanın dövlət başçısı Jair Bolsanarunun andiçmə mərasiminə qatılmayacaq.

Bu barədə Argentina prezidenti "Twitter"də bildirib.

Maurisio Makri qeyd edib ki, onun Jair Bolsanaru ilə ilk görüşü yanvarın 1-də keçiriləcək inauqurasiya mərasimində deyil, yanvarın 16-da baş tutacaq.

"Jair Bolsanaurla yenicə telefonla danışdıq. Biz razılaşdırdıq ki, tarixin yeni mərhələsində birlikdə işləməyə başlamaq üçün yanvarın 16-da Braziliyada görüşək", - deyə o yazıb.

Oktyabrın 28-də Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə əsasən sağ namizəd Jair Bolsonaru qalib olub. (Report)