Ağ Evin yeni aparat rəhbəri o olacaq - Tramp tvitter-də yazdı

15 Dekabr 2018 09:48 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp vəzifəsindən ayrılacağı açıqlanan Ağ Ev Aparat rəhbəri Con Kellinin yerinə Ağ Evin İnzibati-Büdcə idarəsinin direktoru Mik Malvaneyi müavin kimi göndərəcəyini bildirib.

O, Tvitter hesabında bu sözləri yazıb:

“İnzibati-Büdcə İdarəsinin direktoru Mik Malvaneynin ölkəmizə fədakarcasına xidmət edən Con Kellinin yerinə keçəcəyini açıqlamağa şadam. Mik hakimiyyətdə fövqəladə işlər gördü. Mulvaney ilə çalışmağı səbirsizliklə gözləyirəm".

O, həmçinin Kellinin ilin sonuna qədər vəzifəsində qalacağını, onun həqiqi qəhrəman olduğunu və ona xidmətləri üçün şəxsən təşəkkür etdiyini bildirib.

Əsmər Qabil
AzNews.az