Mənzilə girib 20 min manatlıq qızıl oğurladı

15 Dekabr 2018 12:21 (UTC+04:00)

Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən AzNews-a məlumat verilib.

Belə ki, Abşeron rayon Polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini Qalib Baxşəliyev saxlanılıb.

AzNews