“Fəxr edirəm ki, rusiyalıyam və Amerikaya möhtac deyiləm“

13 Aprel 2013 17:09 (UTC+04:00)
Çeçenistanın rəhbəri Ramzan Kadırov adının ABŞ-ın "Mantinski siyahısı"na salınması ilə bağlı KİV-də yayılan məlumatları istehza ilə qarşılayıb və bildirib ki, biletini geri qaytarıb.

Ramzan Kadırov deyib ki, bundan əvvəl ABŞ hökuməti onun atının bu ölkəyə girişinə qadağa qoymuşdu və at cıdır yarışlarında iştirak edə bilməmişdi.

Çeçenistanın rəhbərinin sözlərinə görə, adının siyahıda olub-olmaması onun üçün əhəmiyyətsizdir: "Mənim heç vaxt Amerikada hesablarım olmayıb, bizneslə məşğul olmamışam. İnkişafdan danışsaq, bunun üçün ən gözəl ölkə Rusiyadır. Mən fəxr edirəm ki, rusiyalıyam və Amerikaya möhtac deyiləm", - Ramzan Kadırov bildirib. Bununla belə, o, Rusiyanın subyektlərindən birinin rəhbəri kimi adının siyahıda olmasını mümkün saysa da, heç kimin hüququnu pozmayıb və Maqnitski işi ilə heç bir əlaqəsi yoxdur.

"Mən Rusiya vətəndaşıyam, vətənpərvərəm, Vətənimi sevirəm. Adım siyahıda olmasa belə, bileti qaytardım və Amerikaya heç vaxt bilet almayacam", - Çeçenistanın rəhbəri əlavə edib.(musavat.com)


AzNews.az