Fransada yenə etirazlar başladı, polis gözyaşardıcı qaza əl atdı

15 Dekabr 2018 15:12 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, yüzlərlə insan Zəfər tağının ətrafına toplaşıblar. Polis onları ərazidən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan sonra etirazçılar Yelisey sarayına doğru gediblər. Burada da ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq "sarı jilet" hərəkatı noyabrın 17-də başlayıb. Fransa hüquq-mühafizə orqanları tərəfindən indiyədək 4500 çox nümayişçinin saxlandığı bildirilir.

AzNews.az