AFFA direktorun cəzasını azaltdı

15 Dekabr 2018 16:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qurumun Apellyasiya Arbitraj Tribunalının qəbul etdiyi yeni qərarla “Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə 1 dekabr 2018-ci ildə, 2018/2019 mövsümündə, XVII Premyer Liqanın XIII turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” oyunu ilə bağlı “Neftçi” PFK-nın idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan beşə, kluba tətbiq olunan cərimə 16 min manatdan səkkiz min manata endirilib.

AzNews.az